Abdullahian Borellə İrana qarşı sanksiyaları MÜZAKİRƏ EDİB

Abdullahian Borellə İrana qarşı sanksiyaları MÜZAKİRƏ EDİB

Hazırda oxunan: Abdullahian Borellə İrana qarşı sanksiyaları MÜZAKİRƏ EDİB

125977

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığında sanksiyaların aradan qaldırılması danışıqları, Ukraynadakı vəziyyət və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə İran İslam Respublikası arasında əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Əmir Abdullahian Ukrayna məsələsində Moskvaya səfərində İranın sülhə nail olmaq üçün səylərini davam etdirməyə hazır olduğunu təkrarlayıb.

O əlavə edib ki, Qərb İrana qarşı əsassız ittihamlar səsləndirmək əvəzinə, Ukraynanı iki ölkənin siyasi və hərbi nümayəndə heyətlərinin rəsmi görüşündə əsaslı sübutlar təqdim etməyə, ittihamları formal danışıqlarla əvəzləməyə təşviq etməlidir.
Hüseyn Əmir Abdullahian İranın hər zaman müharibəni deyil, sülhü dəstəklədiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO