Zaxarova Paşinyanın BMT-yə müraciətlə bağlı təklifini “söz oyunu” ADLANDIRDI 

Zaxarova Paşinyanın BMT-yə müraciətlə bağlı təklifini “söz oyunu” ADLANDIRDI 

Hazırda oxunan: Zaxarova Paşinyanın BMT-yə müraciətlə bağlı təklifini “söz oyunu” ADLANDIRDI 

125969

“Ermənistanın baş naziri Nikol Paşinyanın beynəlxalq mexanizmlərin yaradılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət etmək təklifi sadəcə inanılmaz söz oyunudur”. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib. 

“Paşinyanın müvafiq nitqində nəyi nəzərdə tutduğuna dair heç bir fikir yürütməyə və dediklərini təhlil etməyə cəhd etməyəcəyəm. Razılaşmaları və sazişləri də xatırlatmayacağam. Çünki bu ifadə o qədər izaholunmazdır ki, onu izah etmək fikrində deyiləm. Bu, inanılmaz söz oyunudur. Mən heç nə anlamadım” – deyə Zaxarova qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO