ABŞ-da koronavirisdan ölənlərin sayı üç müharibə itkilərinin sayını ötdü

ABŞ-da koronavirisdan ölənlərin sayı üç müharibə itkilərinin sayını ötdü

Hazırda oxunan: ABŞ-da koronavirisdan ölənlərin sayı üç müharibə itkilərinin sayını ötdü

12589

ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötüb.

Bizim.Media xəbər verir ki, bu barədə TMZ nəşri bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Dünyada son sutkada koronavirusa yoluxanların sayı açıqlandı


Mənbə yazır ki, bu, Birləşmiş Ştatların İkinci Dünya, Vyetnam və Koreya müharibələrindəki itkilərinin sayından çoxdur.

Nəşr bildirib ki, İkinci Dünya müharibəsində 291 min amerikalı həlak olub. Daha 47 434 Amerika hərbçisi Vyetnamdakı müharibənin qurbanına çevrilib.

Birləşmiş Ştatlar eləcə də Koreya müharibəsində 33 739 əsgər və zabitini itirib.

TMZ-nin məlumatına görə, ABŞ-da COVID-19-dan artıq 502 min insan ölüb.

Daha əvvəl ABŞ prezidenti Cozef Bayden bildirib ki, ABŞ-da koronavirusdan ölən insanların ümumi sayı yaxın günlərdə 500 min nəfəri keçəcək.

"Bir neçə gün sonra 500 000 sayı keçəcəyik. Bu, İkinci Dünya Müharibəsində öldürülən amerikalıların sayından təxminən 70 000 çoxdur", - ABŞ rəhbəri deyib.

Qeyd edək ki, Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO