ABŞ Dövlət Departamenti Azərbaycan və İran arasında gərginliyə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Azərbaycan və İran arasında vəziyyətə gəlincə, əlbəttə ki, İran regionda zərərli aktor olub. Bu ölkə zərərli işlərlə, həm yaxın, həm də uzaq qonşularını təhdid edən fəaliyyətlərlə məşğul olur. Ona görə də biz belə gərginlikləri narahatlıqla izləyirik. Bizim yanaşmamız, Cənubi Qafqazda Azərbaycanla, Ermənistanla əlaqələrimizə sərmayə qoymaqdan ibarət olub ki, daha sabit, münaqişəyə və gərginliyə daha az meyilli Cənubi Qafqaz regionuna nail olaq", - deyə Ned Prays qeyd edib.
Bizim.Media