“Azərbaycanı İranın təcavüzündən qorumalıyıq” - İsrailin sabiq naziri

“Azərbaycanı İranın təcavüzündən qorumalıyıq” - İsrailin sabiq naziri

Hazırda oxunan: “Azərbaycanı İranın təcavüzündən qorumalıyıq” - İsrailin sabiq naziri

124979

“Azərbaycanın heyran olduğum möhtəşəm lideri var. Azərbaycan ordusu ölkənin ərazi bütövlüyü uğrunda döyüşərək qüdrətini göstərdi”.

Bizim.Media xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Ehud Olmert deyib.

Onun sözlərinə görə, İran çox diqqətli olmalı və Azərbaycanla qarşıdurmaya imkan verməməlidir:

“Azərbaycan güclü ölkədir və daha da güclü olacaq, çünki onun güclü dostları var, İsrail də onlardan biridir”.

Keçmiş baş nazirin sözlərinə görə, İran çox aqressiv ölkədir və beynəlxalq ictimaiyyət bundan xəbərdardır.

“ABŞ və digər ölkələrlə birlikdə ölkələri İran təhdidlərindən qorumaq üçün hər şeyi etməliyik. Biz Azərbaycanı da İranın təcavüzündən qorumalıyıq”, - o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO