Dünya əhalisinin yarısı bu xəstəlikdən əziyyət ÇƏKƏCƏK - HESABAT

Dünya əhalisinin yarısı bu xəstəlikdən əziyyət ÇƏKƏCƏK - HESABAT

Hazırda oxunan: Dünya əhalisinin yarısı bu xəstəlikdən əziyyət ÇƏKƏCƏK - HESABAT

124940

Ümumdünya Piylənmə Federasiyasının hesabatına əsasən heç bir tədbir görülməsə, 2035-ci ilə qədər dünya əhalisinin yarıdan çoxu artıq çəkili olacaq. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Federasiya açıqladığı hesabatda dörd milyarddan çox insanın piylənmədən təsirlənəcəyini və bu nisbətin uşaqlar arasında daha sürətlə artacağını açıqlayıb.

Qlobal miqyasda piylənmə artımının ən çox gözlənildiyi 10 ölkədən 9-u Afrika və Asiyanın aşağı və ya aşağı-orta gəlirli ölkələridir.

Bunun səbəbləri arasında daha çox işlənmiş qidalarla qidalanmaq, oturaq həyat tərzi keçirmək və aşağı səviyyəli səhiyyə xidmətləri ön plana çıxarılır. 

Dünya üzrə piylənmə nisbətinin artmasının qlobal iqtisadiyyata əhəmiyyətli təsir göstərəcəyi və qlobal Ümumi Daxili Məhsulun 3 faizinə bərabər olacağı proqnozlaşdırılır.

Hesabatda 2035-ci ilə qədər piylənmənin xərcinin ildə 4 trilyon dollardan çox olacağı təxmin edilir.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO