"Zəlzələdən sonra hələ də 2 azərbaycanlı haqqında məlumat əldə edilməyib" - RƏSMİ

Hazırda oxunan: "Zəlzələdən sonra hələ də 2 azərbaycanlı haqqında məlumat əldə edilməyib" - RƏSMİ

124936

"İndiyə qədər Türkiyədə 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam etdirilir".

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

"Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib", - məlumatda qeyd olunub.
Xatırladaq ki, zəlzələ baş vermiş gündən etibarən Türkiyədən Azərbaycana ümumilikdə 686 nəfər təxliyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO