İŞİD seks kölələrini xaricə satır...

İŞİD seks kölələrini xaricə satır...

Hazırda oxunan: İŞİD seks kölələrini xaricə satır...

124775
İŞİD terror qruplaşması əsir götürdükləri qadınları kütləvi şəkildə xaricə satır.

Moderator.az Rudaw nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı İraq rəsmiləri veriblər.

İraqın Sincar şəhərinin meri Mixemma Xəlil sözlərinə görə, əsirlikdən azad edilən kürd qadınları bildiriblər ki, terrorçular qızları Pakistan, Əfqanıstan və Liviyaya satırlar, alıcılar arasında hətta çeçenlərin də olduğu bildirilir.

“Hələlik bizə qadınların İraq və Suriyadan necə çıxarılması məlum deyil”x9d, - Xəlil deyib. - Lakin biz təxmin edirik ki, onlar ölkənin quru sərhədlərini qaçaqmalçılıq yolu ilə keçirlər.

O, həmçinin qeyd edib ki, əksər qadınları girov pulu ödəyib azad edə biliblər.

“Qaçırılan qadınlara çox vaxt telefon verirlər ki, onlar ailələri ilə əlaqə saxlayıb girov pulu istəsinlər”x9d, - şəhər başçısı əlavə edib.

Əgər əsirin qohumları lazımı pulu toplaya bilirlərsə (bu məbləğ 10 min dollara qədər olur) onda işə vasitəçilər cəlb olunur. Onların köməyi ilə terrorçular pulu aldıqdan sonra qadını azad edirlər.

Bəzən qaçırılan qadınların yaxınları yaraqlılar ilə özləri danışığa girməyə cəhd göstərirlər, lakin bu cəhdlər uğursuzluqla başa çatır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO