Suriya prezidenti Bəşər Əsəd Almaniya telekanalına bir sıra açıqlamalar verib.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, B.Əsəd atəşkəs üçün əllərindən gələni edəcəklərini bildirib.
Məlumata görə, Əsəd deyib: “Atəşkəs üçün öz öhdəmizə düşənləri edəcəyik. Bu atəşkəs ümid işığıdır”x9d.
25 dəqiqə davam edən müsahibədə B.Əsəd “Biz razılaşmanın davam etməsi üçün əks cavab verməkdən yayındıq. Biz bunu etdik, lakin nəticədə hər şeyin bir həddi var. Bu, qarşı tərəfə bağlıdır”x9d - deyə qeyd edib.
B.Əsəd silahlarını yerə qoyan terrorçuların normal sivil həyata qayıda biləcəyini də vurğulayıb.






































































































