“Patriot” hava hücumundan müdafiə sistemi Ukraynaya gətirildi

“Patriot” hava hücumundan müdafiə sistemi Ukraynaya gətirildi

Hazırda oxunan: “Patriot” hava hücumundan müdafiə sistemi Ukraynaya gətirildi

124238

Ukrayna artıq ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərini alıb.

Bizim.Media “fakty.com.ua” saytına istinadən xəbər verir ki, bu fikirləri Polşanın müdafiə naziri Mariuş Blaşak İspaniyanın “Razon” qəzetinə müsahibəsində səsləndirib.

“Polşanın səyləri sayəsində “Patriot” hava hücumundan müdafiə sistemləri və ilk “Leopard” tankları artıq Ukraynaya çatıb”, - nazir deyib.

O, qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı təcavüzü başlayandan bəri Polşa rəsmi Kiyevə 2,2 milyard avro məbləğində hərbi yardım edib və bu yardım dayanmayacaq.

Xatırladaq ki, Ukrayna 2023-cü ilin aprelindən sonra “Patriot” və “SAMP-T” zenit-raket komplekslərinin gətirilməsini gözləyib.
Yeri gəlmişkən, 377 gündür ki, Ukraynada tammiqyaslı müharibə gedir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO