Uranla bağlı Moskva ilə Tehran arasında GİZLİ RAZILAŞMA - VİDEO

Uranla bağlı Moskva ilə Tehran arasında GİZLİ RAZILAŞMA - VİDEO

Hazırda oxunan: Uranla bağlı Moskva ilə Tehran arasında GİZLİ RAZILAŞMA - VİDEO

124009

Bazar günü “Fox News” telekanalı xarici kəşfiyyat mənbələrinə istinadən xəbər verib ki, İran aylardır dayandırılan nüvə razılaşmasının canlandırılması üzrə danışıqların nəticəsiz qalacağı təqdirdə Rusiyada saxladığı uranı geri qaytarmaq üçün Kremllə gizli razılığa gəlib.

Bizim.Media xəbər verir ki, Moskva və Tehran arasında aparılan danışıqlardan xəbərdar olan həmin kəşfiyyat mənbələri bildiriblər ki, Vladimir Putin nüvə sazişinin bir hissəsi kimi İslam Respublikasından aldığı uranı, nüvə sazişinin bərpası üzrə danışıqlar uğursuz olarsa, İrana qaytarmağa razılaşıb.

“İki ölkə arasındakı razılaşmanın bir hissəsi olaraq, ABŞ hər hansı bir səbəbdən İranla nüvə sazişindən çıxacağı halda, Rusiya bütün zənginləşdirilmiş uranı mümkün qədər tez İrana qaytaracağına söz verib”, - deyə sözügedən mənbə qeyd edib.

Bizim.Media     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO