Sarı dənizdə iki gəminin toqquşması nəticəsində 5 nəfər ölüb

Sarı dənizdə iki gəminin toqquşması nəticəsində 5 nəfər ölüb

Hazırda oxunan: Sarı dənizdə iki gəminin toqquşması nəticəsində 5 nəfər ölüb

123981
Sarı dənizdə iki gəminin bir-biri ilə toqquşması nəticəsində 5 nəfər həyatını itirib, daha sonra gəmilərdən biri batıb.

Bu barədə bazar günü Sindao hökumətinə istinadən "Sinxua" agentliyi məlumat yayıb.

Şənbə günü "Sinji-6" ticarət gəmisi Çinin Sindaodan 40 dəniz mili aralıda yerləşən Çaolyan adası yaxınlığında "Lutszyaoyuy-60968" balıqçı gəmisi ilə toqquşub, ardınca balıqçı gəmisi batıb.
Xilasedicilər balıqçı gəmisində olan 5 nəfərin meyitini sudan çıxarıb, digərlərinin axtarışı davam etdirilir.

Qəza zamanı qatı duman səbəbindən görüntünün zəif olduğu bildirilir.
Məlumata görə, gəmilərin hər ikisi Çin şirkətlərinə məxsusdur.("Report"xa0)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO