Hillari Klinton Cənubi Karolinadakı ilkin seçkini uddu...

Hillari Klinton Cənubi Karolinadakı ilkin seçkini uddu...

Hazırda oxunan: Hillari Klinton Cənubi Karolinadakı ilkin seçkini uddu...

123971
ABŞ-da bu il keçiriləcək prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi üçün ilkin seçki (praymeriz) prosesi davam edir.

Demokrat Partiyasından ABŞ prezidenti postuna namizədliyə iddialı sabiq dövlət katibi Hillari Klinton Cənubi Karolina ştatında keçırilən ilkin seçkidə 74 faiz səs toplayarq inamlı qələbə qazanıb

Qeyd edək ki, Cənubi Karolina Demokrat Partiyasından namizədlik uğrunda mübarizə aparan 68 yaşlı Hillari Klintonun və 74 yaşlı senator Berni Sandersin qüvvələrini sınadıqları dördüncü ştat olub. Hazırda Klintonun hesabında partiya nümayəndələrinin 550, onun rəqibinin aktivində isə cəmi 85 səsi var. Bu partiyadan prezident postuna iddialı şəxs namizədliyini təmin etmək üçün milli qurultayda 4764 nümayəndədən 2383-nün dəstəyini qazanmalıdır.

Onu da qeyd edək ki, martın 1-də eyni vaxtda 11 ştatda və Amerika Samoasında ilkin seçkilər və partiya fəallarının yığıncaqları keçiriləcək. Bu, prezident postuna namizədlik uğrunda mübarizənin mühüm mərhələsi hesab olunur.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-nə təyin olunub. Ondan əvvəl isə rəqib partiaların qurultaları da keçirilməlidir. Yeri gəlmişkən, Demokrat Partiyası öz qurultayını iyulun 25-28-də Filadelfiyada, Respublika Partiyası iyulun 18-21-də Klivlenddə keçirəcək.(Virtualaz.orgxa0)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO