İranda qızlar yataqxanasına zəhərli qazla hücum EDİLDİ - VİDEO

İranda qızlar yataqxanasına zəhərli qazla hücum EDİLDİ - VİDEO

Hazırda oxunan: İranda qızlar yataqxanasına zəhərli qazla hücum EDİLDİ - VİDEO

123598

İranın Kərəc şəhərində dünən axşam saatlarında Kərəcin Şahin Villa bölgəsində yerləşən Texniki-Peşə Universitetinin qızlar yataqxanası zəhərli qazla hücuma məruz qalıb.

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Videogörüntülərdə yanğınsöndürənlərin və təcili yardımın yataqxanaya gəldiyini, bəzi tələbələrin zəhərlənmə və boğulma əlamətləri ilə xəstəxanaya aparıldığını göstərir. 

Məlumatlara görə, bu hücum yataqxananın damından baş verib. 

Qeyd edək ki, İranda tələbələrin zəncirvari zəhərlənməsi hallarının davam etməsi geniş reaksiyalara səbəb olub.  
İranın müxtəlif şəhərlərindəki məktəb və universitetləri əhatə edən bu hücumların başlanmasından üç ay keçməsinə baxmayaraq, İslam Respublikasının rəsmiləri hücumların icraçıları və səbəbləri barədə “heç bir ipucu” əldə edilmədiyini iddia edirlər.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO