ABŞ prezidenti Barak Obama musiqçi Rey Çarlzın şərəfinə təşkil eidlmiş konsertdə oxuyub.xa0
Moderator.az BBC-yə istinadən xəbər verir ki, tədbir Vaşinqtonda Ağ evdə keçirilib.
Öz nitqində dövlət rəhbəri qeyd edib ki, Çarlzın yaradıcılığı jaz, rok, rok-n-roll, R&B, kantri və soul daxil olmaqla bütün janrları əhatə edir.
“O, bizi görə bilməzdi, amma biz ondan gözümüzü çək bilmirdik”x9d, - ABŞ prezidenti deyib.
Obama onu ən sevimli musiqiçilərindən biri adlandırıb.
İlkin olaraq Obama oxumayacağını bildirib, amma konsertin finalında fikrini dəyişərək şounun digər iştirakçıları ilə oxuyub.

































































































