Ərdoğan Yunanıstan Prezidenti və Baş nazirinə BAŞSAĞLIĞI VERDİ 

Ərdoğan Yunanıstan Prezidenti və Baş nazirinə BAŞSAĞLIĞI VERDİ 

Hazırda oxunan: Ərdoğan Yunanıstan Prezidenti və Baş nazirinə BAŞSAĞLIĞI VERDİ 

123260

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Prezidenti Katerina Sakellaropulu və Baş nazir Kiriakos Mitsotakisə başsağlığı verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. 

Məlumata görə, Ərdoğan başsağlığı məktubunda Yunanıstanda baş vermiş qatar qəzasına görə kədərini ifadə edib, həyatını itirənlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib. 
Qeyd edək ki, Yunanıstanın Larissa şəhəri yaxınlığında qatar qəzası baş verib, nəticədə 36 nəfər həlak olub, 85 nəfər yaralanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO