Özbəkistan Prezidenti bu gün Bakıya gələcək

Özbəkistan Prezidenti bu gün Bakıya gələcək

Hazırda oxunan: Özbəkistan Prezidenti bu gün Bakıya gələcək

123115

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana işgüzar səfər edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Ş.Mirziyoyevin Qoşulmama Hərəkatının sammitinin plenar iclasında iştirakı nəzərdə tutulur.

Tədbirin gündəliyinə pandemiyanın nəticələrinin davamlı təsiri, habelə beynəlxalq təhlükəsizlik və sabitliyə çağırış, eləcə də təhdidlər şəraitində çoxtərəfli dialoqun inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Özbəkistan liderinin Bakıda dövlət və hökumət rəsmiləri ilə də görüşlər keçirəcəyi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO