Ədalət və İnkişaf Partiyasının ( AKP) Türkiyənin Ordu bölgəsində keçirilən konqresində gərgin anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, konqresdə Ordu Bələdiyyə Sədri Halit Tomakin çıxış edərkən jurnalistlərdən biri kürsüyə çıxıb.
Əlində “Anama- arvadıma söyən bir bələdiyyə sədri istəmirəm. Yerli mətbuat demokratiyanın dirəyidir” yazılı pankart açan jurnalist Osman Şahin partiya üzvləri tərəfindən kürsüdən endirilib.
Daha sonra polis tərəfindən saxlanılan jurnalist ifadəsində bildirib ki, yazdığı bir xəbərə görə, Gürgəntəpə Bələdiyyə sədri ona zəng vuraraq söyüş söyüb.
Osman Şahin bu formada etiraz etməyə məcbur olduğunu bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:35 / 18.02.2021
Jurnalistdən etiraz pankartı: "Anamı-arvadımı söyən..."
Hazırda oxunan: Jurnalistdən etiraz pankartı: "Anamı-arvadımı söyən..."
Hazırda oxunan: Jurnalistdən etiraz pankartı: "Anamı-arvadımı söyən..."
12310
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.