Ukraynalı idmançı, uzunluğa tullanma üzrə dünya çempionatının qalibi Marina Bex yeni cazibədar fotosundan məmnun qalıb.
Bizim.Media xəbər verir ki, idmançı fotosunu İnstagram səhifəsində paylaşıb.
Marina arxa tərəfini çevirib çimərlik geyimində görsənib.
"Mənfi 20 dərəcədə mən yalnız yayı xəyal edirəm" deyə qız fotoya imza atıb.
Qeyd edək ki, bu qış Marina Sumidəki Ukrayna çempionatında çıxış edib.
Zallarda mövsümün əsas başlanğıcı Polşada keçiriləcək Avropa çempionatı olacaq. Yayda idmançı Tokioda keçiriləcək Olimpiya Oyunlarına gedəcək.
Bizim.Media