Zəlzələdən sonra 1894 uşaq himayəsiz qalıb

Zəlzələdən sonra 1894 uşaq himayəsiz qalıb

Hazırda oxunan: Zəlzələdən sonra 1894 uşaq himayəsiz qalıb

122477

Türkiyənin Ailə və sosial xidmətlər naziri Dərya Yanık ölkədə baş verən zəlzələdən sonra himayəsiz qalan uşaqlarla bağlı açıqlama verib. 

Bizim.Media xəbər verir ki, nazir hazırda sistemdə qeydiyyatda olan himayəsiz uşaqların sayının 1894 olduğunu açıqlayıb: 

“Onlardan 1431-ni ailələrinə təhvil vermişik. Xəstəxanada olan uşaqların sayı 357, uşaq müəssisələrinə himayəyə alınan uşaqların sayı isə 106-dır. 1894 uşaqdan 1808-nin şəxsiyyəti müəyyən edilib”.

Nazir onu da bildirib ki, nazirliyin internet saytında vətəndaşların da istifadə edə biləcəyi himayəsiz uşaqlar üçün axtarış ekranı yaradılıb.

O qeyd edib ki, özünü ifadə edə bilən uşaqların kimliyini müəyyən etmək asan olsa da, çox kiçik uşaqların şəxsiyyətini müəyyən etmək üçün DNT testi də daxil olmaqla bütün texniki və elmi vasitələrdən istifadə edilir.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO