Azərbaycanın Türkiyədəki səfiri zəlzələdən xəsarət alan uşaqlara BAŞ ÇƏKDİ - FOTO 

Azərbaycanın Türkiyədəki səfiri zəlzələdən xəsarət alan uşaqlara BAŞ ÇƏKDİ - FOTO 

Hazırda oxunan: Azərbaycanın Türkiyədəki səfiri zəlzələdən xəsarət alan uşaqlara BAŞ ÇƏKDİ - FOTO 

122224

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov zəlzələ nəticəsində yaralanan və Ankara Universiteti Tibb fakültəsi Cebeci Araşdırma və Tətbiq Xəstəxanasında müalicə alan uşaqlara baş çəkib. 

Bizim.Media xəbər verir ki, bu barədə səfir özünün “Twitter” hesabında məlumat verib. 

Səfir Ankara Universitetinin rektoru Necdet Ünüvarın müşayəti ilə Aleyna Ölmez, Hülyasu Kısa, Feyza Nur Yakar, Miraç Eren Döner, Ayça Çepni və Zeynep Küçüklerin səhhəti ilə maraqlanıb:

“Hörmətli Prof.Dr. Necdet Ünüvardan uşaqların sağlamlıq durumu ilə bağlı məlumat aldıq. Uşaqlarımıza Azərbaycanı hər zaman yanlarında hiss edəcəkləri hədiyyələr təqdim etdik, onlarla və yaxınları ilə söhbət etdik, ən xoş arzularımızı çatdırdıq, tezliklə sağalmalarını arzuladıq”. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO