Azərbaycan və BƏƏ arasında hərbi-texniki əməkdaşlığın perspektivləri MÜZAKİRƏ EDİLDİ 

Azərbaycan və BƏƏ arasında hərbi-texniki əməkdaşlığın perspektivləri MÜZAKİRƏ EDİLDİ 

Hazırda oxunan: Azərbaycan və BƏƏ arasında hərbi-texniki əməkdaşlığın perspektivləri MÜZAKİRƏ EDİLDİ 

122185

Müdafiə sənayesi naziri Mədət Quliyev "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransı çərçivəsində Mohammed Ahmed Al Bovardi ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransı davam edir. 

Sərgi çərçivəsində fevralın 23-ü müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə naziri Mohammed Ahmed Al Bovardi ilə görüşü baş tutub. 

Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, "İDEX-2023" Beynəlxalq Müdafiə Sərgi və Konfransı öz işini fevralın 24-dək davam etdirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO