Mnatsakanyan CNN-ə müsahibəsində suallar qarşısında aciz qaldı

Mnatsakanyan CNN-ə müsahibəsində suallar qarşısında aciz qaldı

Hazırda oxunan: Mnatsakanyan CNN-ə müsahibəsində suallar qarşısında aciz qaldı

1216

Bizim.Media xəbər verib ki, aparıcı Kristin Amanpurun qonağı olan Mnatsakaryan  ona ünvanlanan suallar qarşısında aciz qalıb. O, ölkəsinin təcavüzkar siyasətinə haqq qazandırmaq üçün hər cür bəhanələr tapmağa cəhd edib.

Lakin jurnalist Kristin Amanpur bir neçə dəfə Mnatsakanyana BMT-nin dörd qətnaməsini xatırladıb. O, eyni zamanda, BMT Baş Assambleyasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını, Dağlıq Qarabağ və bitişik ərazilərin azərbaycanın ayrılmaz hissəsi olduğunu və Azərbaycan əhalisinin öz evlərinə qayıtmaq hüququnu təsdiqləyən 2008-ci ildə qəbul etdiyi qətnaməni yada salıb.

Faktlar qarşısında çaş-baş qalan nazir, özünü itirərək sualdan yayınmağa çalışıb. Amanpur ona Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” kimi millətçi və təxribat xarakterli açıqlamasının nəyə hesablandığını soruşub: “Bu açıqlama, Ermənistanın Qarabağı özünə birləşdirmək istəməsi üçün şərt deyilmi ?”- deyən xanım aparıcı nazirdən izah istəyib.

Mnatsakanyanın sözlərinə görə, bu cür açıqlamaları verməklə Paşinyan yalnız "Dağlıq Qarabağdakı soydaşların təhlükəsizliyində Ermənistanın rolunu" düşünüb.


Mnatsakanyan absurd cavablar verməklə vəziyyətdən çıxmağa çalışsa  da Paşinyan kimi gülüş hədəfinə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO