Xəbər verdiyimiz kimi Türkiyənin Hatay şəhərində 6,4 bal gücündə güclü zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, zəlzələ ətraf bölgələrdə Antalya, Kahramanmaraş, Osmaniyədə, eləcə də Livan, Suriya, Kipr və İsraildə də hiss olunub.
Zəlzələ nəticəsində Hatayda fevralın 6-da baş vermis təbii fəlakət sonrası zərər görən binalar uçub, sakinlər xəsarət alıblar.
Zəlzələdə xəsarət alan vətəndaşlar əsgərlər tərəfindən bölgədən təxliyə olunur.
Qeyd edək ki, zəlzələdən sonra Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi sunami xəbərdarlığı edib.
Bizim.Media