Zəlzələdə küçəyə düşən telefon bir ailəni xilas etdi - FOTO

Zəlzələdə küçəyə düşən telefon bir ailəni xilas etdi - FOTO

Hazırda oxunan: Zəlzələdə küçəyə düşən telefon bir ailəni xilas etdi - FOTO

121331

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində yaranmış dağıntılar altından sağ çıxarılanların möcüzə həyat hekayələri davam edir. Belə hekayələrdən biri də Malatyada olub. Burada güclü zəlzələ zamanı evdən küçəyə düşən mobil telefon sayəsində bir ailənin dörd üzvü dağıntılar altından xilas edilib.

Bizim.Media xezerxeber.az saytına istinadən xəbər verir ki, bu barədə informasiya “haber7” nəşrində yer alıb.

Mənbə xatırladır ki, Malatyanın Niyazi Misri məhəlləsində zəlzələ zamanı ev uçub. Təbii fəlakət zamanı pəncərənin yanındakı mobil telefon küçəyə düşüb.

Bu zaman zəng gəlib və əcnəbi vətəndaş telefonu yerdən götürərək cavab verib. Bir ailənin beş üzvü dağıntılar altında qalıbmış.
Dağıntılar altından çıxarılan İlhami Ekin deyib ki, zəlzələ zamanı həyat yoldaşı Songül, qızları Tuba, Suna və oğlu Məhəmməd dağıntılar altında qalıb.

Zəlzələ zamanı onun küçəyə düşən telefonuna zəng gəlib. Zəng vuran isə onun qardaşı Süleyman Ekin olub. Telefona əcnəbi vətəndaş cavab verib və evin uçduğunu deyib. Bundan sonra qardaşı ailə üzvləri ilə birgə əraziyə gəlib. Həm xilasedicilər, həm də onların köməyi sayəsində qardaşının ailəsi dağıntılar altından çıxarılıb... 

“Allah heç kəsə belə dərd yaşatmasın”

Dağıntılar altında özlərini çarəsiz hiss etdiklərini dilə gətirən Ekin əcnəbi vətəndaşın onların həyatını xilas etdiyini bildirib.

O, sözlərinə belə davam edib: “Zəlzələ zamanı binanın 3-cü mərtəbəsində dağıntılar altında qaldıq. Həyat yoldaşım, qızlarım və mən çox səs-küy saldıq. Oğlumun səsi çıxmırdı. 18 yaşlı oğlum həyatını itirmişdi. Dağıntılar altında titrəməyə başladım. Uşaqlarımı görəndə isə şükür etdim. Oğlum həmişə deyirdi ki, əsgər olacağam. Mən şəhid olacağam. Allah heç kəsə belə dərd yaşatmasın. Allah hər kəsə rəhmət eləsin, dağıntılar altında qalanlara kömək olsun... Binada dağıntılar altından birinci biz sağ çıxarıldıq. Həyat yoldaşımı, məni və iki qızımı xilas etdilər.  Hamımız yaralandıq, bizi xəstəxanaya apardılar. Tibbi yardımdan sonra qızlarım və həyat yoldaşım evə buraxıldılar. Mənim müalicəm isə xəstəxanada davam edir”.

Sol ayağında sınıq olduğunu bildirən İlhami Ekin əməliyyat edildiyini və hazırda səhhətinin yaxşı olduğunu qeyd edib.

“Zəlzələnin şokunu atdıqdan sonra qardaşıma zəng vurdum”

Qardaşını dağıntılar altından xilas edən Süleyman Ekin isə zəlzələ zamanı qaçdıqlarını və təbii fəlakətin şokunu atdıqdan sonra qardaşına zəng vurduğunu bildirib:

“Birinci dəfə zəng edəndə cavab gəlmədiyi üçün ikinci dəfə zəng etdik və telefona xarici ölkə vətəndaşı cavab verdi. "Ev indicə çökdü” dedi. Biz qorxduq, bütün qohumlarımızı axtarmağa başladıq... Əraziyə gəldik və 10-15 nəfər dağıntıları qazmağa başladıq. Əvvəlcə qardaşımın həyat yoldaşını və bir qızını, sonra qardaşımı və digər qızını xilas etdik. Ən son qardaşım oğlu Məhəmmədin nəşini çıxardıq”.

Süleyman Ekin telefona cavab verən əcnəbi vətəndaşın xilasetmə işlərində onlara kömək etdiyini də bildirib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO