Azərbaycan Kahramanmaraşda daha üç çadır şəhərciyi qurub – FOTO/VİDEO

Azərbaycan Kahramanmaraşda daha üç çadır şəhərciyi qurub – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan Kahramanmaraşda daha üç çadır şəhərciyi qurub – FOTO/VİDEO

121211

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Kahramanmaraşda yerləşən daha üç müxtəlif ünvanda növbəti çadır şəhərcikləri salınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO