Bayden ölkəsindəki epidemiyanı AÇIQLADI

Bayden ölkəsindəki epidemiyanı AÇIQLADI

Hazırda oxunan: Bayden ölkəsindəki epidemiyanı AÇIQLADI

121147

Amerika Prezidenti Co Bayden ABŞ-da tez-tez baş verən silahlı zorakılıq və hücumları “epidemiya” adlandırıb.

Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti Konqresi bu kimi hallara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə çağırıb.

Bayden qeyd edib ki, 2023-cü ilin əvvəlindən bəri Birləşmiş Ştatlarda azı 73 kütləvi silahlı atışma hadisəsi baş verib. “Düşüncələr və dualar kifayət deyil. Silah zorakılığı “epidemiya”dır və Konqres hərəkətə keçməlidir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, fevralın 17-də ABŞ-ın Missisipi ştatında silahlı atışma olub. Nəticədə azı 6 nəfər ölüb. Polis şübhəli şəxsi saxlayıb. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO