Günəş və Ay zəlzələyə necə təsir edir? – Ekspertdən MARAQLI AÇIQLAMA

Günəş və Ay zəlzələyə necə təsir edir? – Ekspertdən MARAQLI AÇIQLAMA

Hazırda oxunan: Günəş və Ay zəlzələyə necə təsir edir? – Ekspertdən MARAQLI AÇIQLAMA

120641

“Hər hansı ərazidə zəlzələ şəraiti yetişməyibsə, ona Günəş, Ay və ya hər hansı səma cismi təsir edə bilməz. Amma Ay və Günəş tutulması kimi proseslər zəlzələyə vəsilə ola bilər. Yəni, proses artıq hazırdır və Günəşin qabarma qüvvəsi zəlzələyə səbəb ola bilməsə də, bunu tezləşdirə bilər”.   

Bunu Bizim.Media-ya açıqlamasında AMEA Şamaxı Astrofizika Rəsədxanasının Planetlər və kiçik səma cisimləri şöbəsinin rəhbəri, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi deyib.

Onun sözlərinə görə, bu vəsilənin olması heç də o demək deyil ki, hər Günəş və Ay tutulması zamanı zəlzələ baş verəcək: 

“Ola bilir ki, Günəş və Ay tutulmaları zamanı zəlzələlər də olur. Məsələn, 1978-ci ildə Alma-Atada 6.8 bal gücündə zəlzələ oldu. Həmin vaxt orada Ay tutulması da baş vermişdi. Yəni, bu tutulma hazır prosesə sadəcə bir təkan olub. Əgər biz Günəş və Ay tutulmalarını götürsək görərik ki, tutulmaların ancaq 100-dən biri zamanı zəlzələ baş verib. Bu da o deməkdir ki, hər hansı tutulma zamanı zəlzələnin baş verməsi hadisələrin üst-üstə düşməsidir”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO