Pentaqon: ABŞ və müttəfiqləri Ukraynaya əks-hücuma keçməyə kömək edəcək – VİDEO

Pentaqon: ABŞ və müttəfiqləri Ukraynaya əks-hücuma keçməyə kömək edəcək – VİDEO

Hazırda oxunan: Pentaqon: ABŞ və müttəfiqləri Ukraynaya əks-hücuma keçməyə kömək edəcək – VİDEO

120423

Amerika Birləşmiş Ştatları müttəfiqləri ilə birgə ukraynalılara yaz aylarında əks-hücum əməliyyatı keçirməyə kömək edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın müdafiə naziri Lloyd Austin səsləndirib.

Ostin bunu “Ramştayn” formatında keçirilən görüşdə bildirib.

"Dünyanın hər yerindən bütün ölkələr Ukraynaya hərbi dəstəklə bağlı səylərini artırır və yeni həll yollarını nəzərdən keçirir. Təmas Qrupu açıq şəkildə bildirir ki, biz Ukraynanı onun mübarizəsində dəstəkləyəcəyik. Ukraynaya yaz aylarında hərbi əməliyyata başlamağa kömək edəcəyik”, deyə o, əlavə edib.
Austin, həmçinin bildirib ki, tərəfdaş ölkələr Ukraynanın ona vəd edilən bütün yardımı alması üçün lazım olan hər şeyi edəcək.

“Washington Post” qəzetinin yazdığına görə, Amerika rəsmiləri Kiyevə “təzyiqlərini artırırlar” və hərbi təchizatın artması səbəbindən Ukrayna Silahlı Qüvvələrindən cəbhədə uğur gözləyirlər.
Qeyd edək ki, bu gün Brüsseldə “Ramşteyn”in doqquzuncu görüşü keçirilir.

Ukraynada müharibə isə 356-cı gündür davam edir. Baş Qərargahın məlumatına görə, Rusiya Federasiyası Kupyansk, Limansk, Baxmutsk, Avdeyevsk və Novopavlovsk istiqamətlərində hücumunu davam etdirib. 
Cənub Əməliyyat Komandanlığı bildirib ki, ruslar işğalın ildönümündə Ukraynaya növbəti kütləvi raket hücumu edə bilərlər. 

Xatırladaq ki, Almaniya və Polşada Ukrayna hərbçilərinə “Leopard 2” tanklarını idarə etmək üçün təlimlər başlayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO