"Qərbin məqsədi Rusiyanı məhv etməkdir" - Lavrov 

Hazırda oxunan: "Qərbin məqsədi Rusiyanı məhv etməkdir" - Lavrov 

119647

Qərb Napoleon və Hitlerin acınacaqlı təcrübəsini mənimsəmək qərarı verib.

Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, dünyanı idarə etməyə çalışanlar Napoleon və Hitlerin Rusiyanı məhv etmək cəhdləri ilə bağlı acınacaqlı təcrübəsindən öyrənmək qərarına gəliblər.

“Bütün beynəlxalq gündəmə, həm dünya iqtisadi münasibətlərinə, həm də bütün beynəlxalq siyasətə nəzarət etməyə çalışanlar Rusiyanı strateji məğlubiyyətə uğratmaq, Napoleon və Hitlerin acınacaqlı təcrübəsini mənimsəməyə qərar veriblər. Onlar açıq şəkildə məqsədlərinin Rusiyanı məhv etmək olduğunu bəyan ediblər”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO