Türkiyənin 4 güləşçisi zəlzələdə ölüb

Türkiyənin 4 güləşçisi zəlzələdə ölüb

Hazırda oxunan: Türkiyənin 4 güləşçisi zəlzələdə ölüb

119379

Türkiyənin 4 güləşçisi zəlzələ nəticəsində həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, Kahramanmaraşda idmançıların qaldığı binanın çökməsi səbəbindən 8 güləşçi dağıntılar altından sağ çıxarılsa da, 4 nəfərin cansız bədəni tapılıb. Bunlar Ahmet Taş, Mehmet Eskisarılı, Ali Gürsoy və Aslan Ekizdir.
Daha 4 güləşçi ilə bağlı isə hələlik məlumat yoxdur. Ərazidə xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə baş vermiş zəlzələ nəticəsində 12 873 adam həlak olub, 62 937 nəfər yaralanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO