Ukraynanın müdafiə naziri işdən çıxarılmasından danışdı: “Zelenski nə təklif etsə...”

Ukraynanın müdafiə naziri işdən çıxarılmasından danışdı: “Zelenski nə təklif etsə...”

Hazırda oxunan: Ukraynanın müdafiə naziri işdən çıxarılmasından danışdı: “Zelenski nə təklif etsə...”

118584

Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksey Reznikov işdən çıxarılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.

"Heç bir məmur öz kreslosunda əbədi deyil. Mənim müdafiə naziri olub-olmamağımla bağlı qərarı bir nəfər verir. Bu, Ukrayna prezidenti Volodimir Zelenskidir.

O, təyinat haqqında təqdimat verir, Ali Rada isə təyin edir. Ona görə də yalnız Ukrayna prezidentinin qərarı ilə mən müəyyən qərarlar verəcəm. Zelenski mənə nə təklif etsə, onu edəcəm. Qələbəmiz üçün hər şeyi həyata keçirəcəyəm”, - Reznikov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO