Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsi nəticəsində 116 ukraynalı hərbçi azad olunub.
Bizim.Media “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak məlumat verib.
Yermakın sözlərinə görə, azad edilənlər arasında Mariupolun müdafiəçiləri, Xerson partizanları, Baxmut istiqamətində döyüşən snayperlər və digərləri var.
"Ukrayna Silahlı Qüvvələrinin 87 əsgəri, Hərbi Kəşfiyyat Xidmətinin 8 hərbçisi, Milli Qvardiyanın 7 hərbçisi, Milli Polisin 6 əməkdaşı, Dövlət Təhlükəsizliyi Xidmətindən 5 əməkdaş, Hərbi Dəniz Qüvvələrinin 2 əməkdaşı və Dövlət Fövqəladə Hallar Xidmətinin bir əməkdaşı azad olunub.
Onlardan ikisi zabit, 114-ü sıravi əsgər və çavuşdur.
Bundan əlavə, biz ölən əcnəbi könüllülərin - Kristofer Metyu Perri və Endryu Tobias Metyunun cəsədlərini, eləcə də ölmüş könüllü əsgər - Fransa Xarici Legionunda xidmət etmiş və Rusiya Ukraynaya qarşı tam miqyaslı müharibəyə başladıqdan sonra ölkəmizi müdafiə etmək üçün qayıdan ukraynalı Yevheniy Oleqoviçin cəsədini geri qaytardıq", Yermak bildirib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi bu gün 63 rusiyalı hərbçinin əsirlikdən azad olunması ilə bağlı xəbər yaymışdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:09 / 04.02.2023
Ukraynanın 116 hərbçisi əsirlikdən azad edildi – FOTO
Hazırda oxunan: Ukraynanın 116 hərbçisi əsirlikdən azad edildi – FOTO
Hazırda oxunan: Ukraynanın 116 hərbçisi əsirlikdən azad edildi – FOTO
118442
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.