“Dağlıq Qarabağ danışıqlarında yaxşı irəliləyiş var”- deyəndə Trampın nəyi nəzərdə tutduğu Kremlə hələ aydın deyil.
Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Xatırladaq ki, daha əvvəl Tramp Qarabağla bağlı "çox yaxşı irəliləyiş"in əldə edildiyini bildirib. Ağ ev rəhbəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda iştirak etdiyini də söyləyib.
Bizim.Media