Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 20-yə çatdı - YENİLƏNİB - VİDEO

Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 20-yə çatdı - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 20-yə çatdı - YENİLƏNİB - VİDEO

11763

Bu gün Yaponiyada baş verən güclü zəlzələ infrastrukturun və ev təsərrüfatlarının qismən dağılmasına gətirib çıxarıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Kvodo agentliyi yayıb.

Mənbə yazır ki, xəsarət alanların sayı 20-yə çatıb. Vətəndaşların əksəriyyəti evdən çıxanda zədə alıb.

Yerli hakimiyyət orqanları bildiriblər ki, atom obyektlərində fövqəladə vəziyyət yoxdur. Sunami təhlükəsi elan edilməyib.

***

Yaponiyada 7.1 bal gücündə zəlzələ baş verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı ölkənin əsas meteoroloji agentliyi yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

"Ağıllı şəhər"lərin yaradılmasında Yaponiya təcrübəsi öyrənilir


Mənbə yazır ki, yeraltı təkanların mərkəzi Fukusima prefekturası yaxınlığında Sakit Okeanda olub.

Zəlzələnin gücü 6 ballıq olub.

Eyni zamanda, titrəmələr Tokioda da hiss olunub. Paytaxtın mərkəzində təxminən 4 bal qeydə alınıb.

Sunami təhlükəsinin olmadığı da bildirilir.

Bizim.Media
 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO