Vaşinqtonda Azərbaycan və erməni icmaları qarşı-qarşıya gəldilər - FOTOLAR

Vaşinqtonda Azərbaycan və erməni icmaları qarşı-qarşıya gəldilər - FOTOLAR

Hazırda oxunan: Vaşinqtonda Azərbaycan və erməni icmaları qarşı-qarşıya gəldilər - FOTOLAR

1176

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində yaşayan Azərbaycan icmasının üzvləri Dövlət Departamenti binasının yanında erməni icmasının üzvləri ilə qarşı-qarşıya gəliblər.

Bizim.Media report-a istinadən xəbər verir ki, aksiya Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş başlayan zamanı qeydə alınıb.

Belə ki, erməni icmasının üzvləri Dövlət Departamentinin binasının önünə gələrək saxta iddialar səsləndirməyə çalışıblar.

Lakin həmvətənlərimiz onların yalan iddialarına faktlarla cavab veriblər. Onlar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raketlər nəticəsində törədilən qanlı cinayətlərin fotoşəkillərini nümayiş etdiriblər.

Aksiyaya Vaşinqton polisi müdaxilə edib və xüsusi aqressiv davranışlar nümayiş etdirən bir neçə ermənini həbs edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO