Tallində erməni təcavüzunə etiraz edildi

Tallində erməni təcavüzunə etiraz edildi

Hazırda oxunan: Tallində erməni təcavüzunə etiraz edildi

1172

İRS-Azərbaycan Gənclər Təşkilatının təşəbbüsü ilə Estoniyanın Tallin şəhərində yaşayan soydaşlarımız Azadlıq meydanında icazəli etiraz aksiyası keçirib.

Diaspora Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, aksiyada Ermənistan ordusunun Gəncə şəhərini dəfələrlə raket atəşinə tutmasının beynəlxalq hümanitar hüquqa zidd olduğu qeyd edilib. Aksiya iştirakçıları mülki şəxslərin Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə hədəfə alındığını, nəticədə günahsız insanların həlak olduğunu Estoniya ictimaiyyətinin diqqətinə çatdırıblar. Soydaşlarımız Ermənistanın təcavüzkar və terrorçu siyasətinə son qoyması üçün Estoniya hökümətini, eləcə də Estoniya ictimaiyyətini erməni vəşhiliyinə biganə qalmamağa səsləyiblər.

Gəncə terrorunun qurbanı olanların  xatirəsini yad etmək üçün onların şəkilləri önünə gül dəstələri və oyuncaqlar qoyulub.

Aksiyada eston və ingilis dillərində “Qarabağ Azərbaycanındır!”, “Biz terrora yox deyirik!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Gəncə üçün dua et!”, “Azərbaycan ədalət tələb edir”, “Aqressiyaya son!”, “Erməni yalanlarına son”, “Erməni terroruna yox deyirik!”, “Uşaq ölümünə yox deyirik”, “BMT qətnamələrinə əməl et”, “Terrorizmin maliyyələşdirilməsinə son !”, “İşğalçı dövləti dəstəkləməyin” kimi şuarlar səsləndirilib.    

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO