Türkiyədə meşə yanğını davam edir

Türkiyədə meşə yanğını davam edir

Hazırda oxunan: Türkiyədə meşə yanğını davam edir

117108

Türkiyənin Antalya şəhərinin Alanya bölgəsində meşəlik ərazidə yanğın baş verib. 

Bizim.Media "Anadolu"ya istinadən xəbər verir ki, naməlum səbəbdən baş verən yanğına qurudan çox sayda yanğınsöndürmə qrupları müdaxilə edir. 

Alanya Meşə Əməliyyat Müdiri Yücel Sönməz bölgənin çox qayalıq və sıldırım olması səbəbindən yanğının söndürülməsində çətinlik çəkdiklərini bildirib: 

“Antalya Böyükşəhər Bələdiyyəsi Alanya xilasetmə bölməsi və Alanya Meşə Müdirliyinə aid bütün qruplar əraziyə çıxarıldı”, - deyə o əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO