Rusiyanın raket hücumu nəticəsində Ukraynanın Xerson limanında iki türk gəmisi qəlpələrlə zədələnib.
Bizim.Media “Hurriyet” nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Türkiyə şirkətinin nümayəndəsi Huseyn Çebi yayıb.
Onun sözlərinə görə, limanda yerləşən “Tuzla” gəmisində yanğın baş verib.
İkinci gəmi “Ferahnaz” hərbi əməliyyatların başlanması səbəbindən təxminən bir il limanda olub.
“Limandakı gəmilər yan-yana dayanır. Bəziləri sahildə, bəziləri yakor sahəsindədir. Sahildə dayanan “Tuzla” zərər görüb. Ekipajda yalnız kapitan olub. Onun həyatı üçün təhlükə yoxdur”, - Türkiyə şirkətinin nümayəndəsi bildirib.
russians hit the Turkish ship "Tuzla" in the port of Kherson pic.twitter.com/Jm5dNDDkUX
— Serhii Sternenko ✙ (@sternenko) January 25, 2023
Bizim.Media