Somalidə prezident sarayı atəşə tutuldu

Somalidə prezident sarayı atəşə tutuldu

Hazırda oxunan: Somalidə prezident sarayı atəşə tutuldu

116490

Somalinin paytaxtı Moqadişo şəhərinin mərkəzindəki prezident sarayı minaatanlardan atəşə tutulub. 

Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, dövlət başçısının iqamətgahı ilə yanaşı, hökumət binası və digər tikililərin olduğu əraziyə bir neçə mərmi düşüb. 

Somali Prezidenti Həsən Şeyx Mohamudun atışma zamanı sarayda olub-olmadığı məlum deyil. Mümkün qurbanlar barədə də məlumat yoxdur. 

Təhlükəsizlik xidmətləri hücumun “Əş-Şəbab” qruplaşmasının silahlıları tərəfindən törədildiyini güman edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO