İsveçin baş naziri Quranın yandırılmasına görə üzr istədi

İsveçin baş naziri Quranın yandırılmasına görə üzr istədi

Hazırda oxunan: İsveçin baş naziri Quranın yandırılmasına görə üzr istədi

116068

İsveçin baş naziri Ulf Kristersson Stokholmda Quranın yandırılmasına görə müsəlmanlardan üzr istəyib.

Bizim.Media xəbər verir ki, o, Twitter-də baş verənləri yersiz hörmətsizlik adlandırıb.

“Çoxları üçün müqəddəs olan kitabların yandırılması dərin hörmətsizlikdir. Bu gün Stokholmda baş verənlərdən incimiş bütün müsəlmanlardan üzr istəyirəm”, – Kristersson yazıb.
Türkiyə səfirliyi qarşısında Quranın yandırılmasını ifrat sağçı “Sərt kurs” partiyasının lideri Rasmus Paludan həyata keçirib. O, NATO-nu, Türkiyəni tənqid edib, Məhəmməd peyğəmbərin karikaturasını da nümayiş etdirib.

Ankara bu hərəkəti pisləyib və bunu NATO-ya üzvlük haqqında memorandumun "açıq şəkildə pozulması" adlandırıb.

Bunun fonunda Türkiyə İsveçin müdafiə nazirinin səfərini ləğv edib. Stokholm isə öz növbəsində islamofobiyanı dəstəkləmədiyini, lakin ölkədə “geniş fikir azadlığının” olduğunu bildirib.
Yanvarın 22-də səhər Türkiyədə məscidlərdə Qurandan surələr oxunub, namaz qılınıb. Müsəlmanlar bununla Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasına cavab veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO