“Azərbaycanın beynəlxalq səviyyədə təsdiqlənmiş sərhədləri daxilində ikinci bir Ermənistan dövlətinin - qondarma “Dağlıq Qarabağ Respublikası”nın gələcəyi yoxdur”.
Bizim.Media-nın xəbərinə görə, bu fikirlər Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun “Washington times” qəzetində yayımlanan məqaləsində əksini tapıb.
Separatçılarla danışıqlar aparmağın mənasının olmadığını deyən nazir, deyib ki, Moskvada baş verən son atəşkəs danışıqları zamanı, onların diplomatı on birinci saatda hər hansı bir razılaşma imzalanmadan əvvəl separatçıların danışıqlar masasına oturmasını israr edib. Bu, Azərbaycan və ev sahibləri tərəfindən rədd edilib.
Xarici İşlər Naziri Paşinyan hakimiyyətinin idarəetmədəki uğursuzluğuna da diqqət çəkib, onun Amerikanı, xüsusilə də ABŞ-da və dünyadakı erməni diasporunu münaqişəyə cəlb etməyə çalışdığını söyləyib.
O deyib ki, Azərbaycan Ermənistanla qonşu olaraq sülh və firavanlıq içində yaşamaq istəyir: ”Fərqli yaşamağı öyrənməliyik. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Bu əsasda bu müharibəyə son qoya bilərik və barışığa gedə bilərik”, deyə Bayramov qeyd edib.
Bizim.Media