Amerika iqtisadiyyatı: heç vaxt olmadığı qədər güclü və amansız...

Amerika iqtisadiyyatı: heç vaxt olmadığı qədər güclü və amansız...

Hazırda oxunan: Amerika iqtisadiyyatı: heç vaxt olmadığı qədər güclü və amansız...

115949
Neftin qiymətinin düşməsi, Çində iqtisadi durğunluğun artması, Braziliyanın iqtisadi tənəzzül riski ilə üzləşməsi qlobal iqtisadiyyatın vəziyyətini daha da gərginləşdirir. Xüsusilə ABŞ və Avropa Birliyinin sanksiyaları, neftin sürətlə ucuzlaşması Rusiya iqtisadiyyatını resessiyaya doğru yuvarlamaqdadır. Rusiya iqtisadiyyatında artım tempinin kəskin azalması isə MDB ölkələrinə təsir edib. Böhran ilk olaraq Avrasiya İttifaqına üzv olan ölkələri vurub. Ən pisi də odur ki, Rusiyada iqtisadi çöküş bu templə davam edərsə, tezliklə həmin dövlətlərin milli valyutalarının kəskin ucuzlaşması, hətta defolt baş verə bilər.
 
 
Amerika yenidən dünya iqtisadiyyatının sükanı arxasında
 
Bütün bunların fonunda Amerika yenidən qlobal iqtisadiyyatın "sürücüsü”x9dnə çevrilib. Belə ki, son 15 ildə Çin və digər güclü bazarların ortaya çıxmasından sonra ABŞ yenidən dünya iqtisadiyyatına nəzarəti ələ keçirir. Dünyanın ən böyük iqtisadiyyatının 2015-ci il üzrə ən azı 3,2 faiz böyüməsi proqnozlaşdırılır ki, bu da 2005-ci ildən bəri ən yaxşı göstəricidir.
 
Digər tərəfdən, ABŞ-da işsizlik 2014-cü ildə 5,6 faizə düşüb, 2015-ci ildə isə 292 min iş yeri yaradılıb. JPMorgan Chase & Co., Deutsche Bank, AG and BNP Paribas SA kimi maliyyə institutlarının iqtisadçıları bildirirlər ki, Amerikada əmək bazarının inkişafı istehlak xərclərinin də sürətlə artmasına səbəb olub. İnsanlar sürətlə yeni televizorlar, maşınlar və bahalı paltarlar almağa başlayıblar. Amerikada fiziki şəxslərin banklardakı vaxtı keçmiş kreditlərinin həcmi 4 faizdən də aşağı düşüb. Bu da son 30 ilin ən aşağı göstəricisidir.
 
Ən əsası da odur ki, Amerika iqtisadiyyatının 2020-ci ilə qədər artacağı proqnozlaşdırılır. “Bloomberg”x9d agentliyinin 2016-cı il üçün açıqladığı proqnozlara əsasən, 2016-cı ildə Türkiyə və Gürcüstan iqtisadiyyatının 3%, Qazaxıstan iqtisadiyyatının 2%, Rusiya iqtisadiyyatının 0,5% artacağı gözlənilir. Yeri gəlmişkən, “Bloomberg”x9də görə, Azərbaycan iqtisadiyyatı bu il 2% böyüyəcək.
Rusiyadan daha ağır vəziyyət Ekvadorda olacaq (- 0,5%).
Həmçinin, Yunanıstanda -1,8%, Braziliyada -2,5%, Venesuelada isə -3,3% geriləmə gözlənilir. Bunlarla yanaşı, Hindistan iqtisadiyyatı 7,4%, Çin iqtisadiyyatı 6,5% faiz artacaq.
 
Dollar daha da güclənəcək...
 
Güclü valyutası olan dövlət dünyada iqtisadi qaydaları da diqtə etmək gücünə sahibdir. Ekspertlər deyir ki, bu il ABŞ dolları rekord həddə möhkəmlənəcək. Proqnozlara görə, ABŞ dolları cari ildə dünyanın əsas valyutalarına nisbətdə xeyli dəyər qazanacaq. Dolların gözlənilən möhkəmlənməsi 2015-ci il dekabrın ortalarında ABŞ-ın Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması ilə əlaqədardır.
Qeyd edək ki, belə qərar son doqquz ildə ilk dəfə verilirdi.
Ekspertlər 2016-cı ildə iqtisadi artımın davam edəcəyi təqdirdə uçot dərəcəsinin daha 4 dəfə artırılacağını proqnozlaşdırırlar. Onların hesablamalarına görə, ilin sonuna ABŞ dolları ilə yanaşı, Britaniya funtu, Kanada dolları və Norveç kronunun da məzənnəsi qalxacaq. Avro 3%, Çin yuanı 3,5% ucuzlaşacaq. Ən böyük devalvasiyaya Yeni Zelandiya və Avstraliya dolları, eləcə də İsveçrə frankı məruz qalacaq (5%-8%).
Bundan əlavə, ABŞ valyutasına münasibətdə Danimarka və İsveç kronu (təxminən 5%), Yaponiya yeni (təxminən 3,5 %) və avro (3%) da ucuzlaşacaq.
 
Bütün bunlara rəğmən...
 
 
Maraqlıdır ki, ABŞ nə qədər güclənsə də, dünya iqtisadiyyatındakı resessiyalardan qaça bilməyib. Amerikada ötən ilin son rübündə 2 milyard dollar borcu olan 9 neft şirkəti iflas edib.
 
Neft və qaz şirkətlərində defoltlar ən son 1929-cu ildəki Böyük Böhranda yaşanan səviyyəyə çatıb. Dallas FED-in ilin son 3 ayı üçün yaydığı enerji hesabatında ABŞ-da 4-cü rübdə 2 milyard dollara yaxın borcu olan ən azı 9 neft və qaz şirkətinin iflas etdiyi vurğulanıb.
 
Aşağı neft qiymətləri ABŞ-da digər neft və qaz şirkətlərinin də maliyyə çətinlikləri yaşamasına səbəb olub. Bu vəziyyət ABŞ şirkətlərinin xaricdəki oxşar şirkətlərə nisbətən daha yüksək istehsal xərcləri ilə qarşı-qarşıya olmalarından qaynaqlanır. Əgər vəziyyət belə davam edərsə, 2016-cı ildə daha çox şirkət iflas edəcək. Bu isə iş yerlərinin ixtisarı, daha çox adamın işsiz qalacağı deməkdir.
Xatırladaq ki, analitiklərin hesabatına görə, 2014-cü ilin oktyabr ayından sonra ABŞ-ın neft və qaz şirkətlərində məşğulluq 70 000 nəfər azalıb.
 
“Amerikanın güclənməsi partnyorlarının da güc qazanması deməkdir”x9d
 
 
İqtisadçı-ekspert Nicat Hacızadə Publika.az-a açıqlamasında bildirib ki, Amerika iqtisadiyyatı ən güclü dövrünü yaşayır: “Bunun da əsas səbəblərindən biri Amerikada şaxələndirmə siyasətinin aparılmasıdır. Hazırda Amerika dünyanın əsas investisiya mənbələrindən biri sayılır. Bundan əlavə, Amerika neft idxalçısından  ixracatçısına  çevrilməkdədir”x9d.
 
 
İqtisadçının sözlərinə görə, neftin qiymətinin aşağı olması Amerika iqtisadiyyatına elə də təsir göstərmir: “Hazırda Amerika iqtisadiyyatında vergilərin 5 faiz artırılması irəli sürülür. Bunun səbəblərindən biri büdcənin gəlirlərinin artması, sahibkarlıq subyektlərinin Amerikaya üz tutmasıdır”x9d.
 
 
FED-in uçot dərəcəsinə yenidən baxacağını vurğulayan ekspert deyir ki, fevral ayında uçot dərəcəsi 2 dəfəyə qədər artırıla bilər: “Uçot dərəcəsi o zaman qaldırılır ki, Amerika iqtisadiyyatı inkişaf edir. Uçot dərəcəsinin qaldırılması Amerikaya investisiya axınını bir qədər də sürətləndirəcək”x9d.
 
 
N.Hacızadə dünya ticarətinin 60 faizinin dollarla aparıldığını vurğulayıb: “Dünyanın əksər ölkələri  milli valyutalarını dollar nisbətində götürürlər. Dolların bahalaşması, Amerika iqtisadiyyatının güclənməsi Çin məhsullarının ABŞ-a ixracatını stimullaşdırır. Amerikanın güclənməsi partnyorlarının da güc qazanması deməkdir. Rəqabət aparan dövlətlər isə zəifləyir”x9d.(publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO