Azərbaycan və Aİ arasında qaz təchizatı 2 dəfə artırılacaq

Azərbaycan və Aİ arasında qaz təchizatı 2 dəfə artırılacaq

Hazırda oxunan: Azərbaycan və Aİ arasında qaz təchizatı 2 dəfə artırılacaq

115697

“2021-ci ildə bizim Avropaya ixracımız 8 milyard kubmetrdən bir az artıq idi. Bu il ən azı 11,6 milyard kubmetr olacaq. Artım olduqca sürətlidir. Ümumi ixrac isə 24 milyard kubmetr olacaq”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi:

Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib. 

Ölkəmizin başçısı qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yayda imzalanmış anlaşma memorandumuna əsasən, 2027-ci ilədək biz təchizatı iki dəfə artırılacaq: “Yəni, Avropa İttifaqına ixrac ən azı 20 milyard kubmetr olacaq.
Bunun üçün isə Avropada daha çox interkonnektor olmalıdır. Onlardan biri - Yunanıstan-Bolqarıstan İnterkonnektoru ötən ilin sonunda istifadəyə verildi. Bu, bizə Bolqarıstana, ilin əvvəlindən isə Rumıniyaya qaz nəql etmək imkanı yaratdı”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO