Ukraynada helikopter qəzasının üç versiyası nəzərdən keçirilir

Ukraynada helikopter qəzasının üç versiyası nəzərdən keçirilir

Hazırda oxunan: Ukraynada helikopter qəzasının üç versiyası nəzərdən keçirilir

115617

Brovarıda 19 nəfərin həlak olması ilə nəticələnmiş helikopter qəzası ilə bağlı təhqiqat işləri davam edir, hadisənin bir neçə versiyası nəzərdən keçirilir.

Bizim.Media Ukrinform agentliyinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu Davosdakı çıxışı zamanı deyib.

Yanvarın 18-də Kiyev vilayətinin Brovarı qəsəbəsində helikopter uşaq bağçası və yaşayış binasının yaxınlığında qəzaya uğrayıb.

Nəticədə Ukraynanın daxili işlər naziri Denis Monastirski, onun birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olub.

Hadisə yerində axtarış-xilasetmə işləri başa çatıb. Qəzada ümumilikdə biri uşaq olmaqla, 19 nəfər həlak olub. Həmçinin 29 nəfər yaralanıb. Ölənlərin 3-ü, yaralananların isə 11-i uşaqdır.
Ukraynanın Təhlükəsizlik Xidməti hadisənin üç mümkün versiyasını səsləndirib: uçuş qaydalarının pozulması, helikopterin texniki nasazlığı və nəqliyyat vasitəsinin qəsdən məhv edilməsi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO