Rusiya Aİ-dən QİSAS ALIR – Sanksiyalar AÇIQLANDI 

Rusiya Aİ-dən QİSAS ALIR – Sanksiyalar AÇIQLANDI 

Hazırda oxunan: Rusiya Aİ-dən QİSAS ALIR – Sanksiyalar AÇIQLANDI 

115258

Rusiya Avropa İttifaqının (Aİ) ötən il dekabrın 16-da qəbul etdiyi doqquzuncu sanksiyalar paketinə qarşı cavab tədbirlərini açıqlayıb. 

Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, sanksiyalar Ukrayna Silahlı Qüvvələrinin hazırlanmasında iştirak edən Aİ ölkələrinin hüquq-mühafizə orqanlarının rəhbərliyinə, həmçinin rəsmi Kiyevə silah və hərbi texnika tədarük edən kommersiya və dövlət şirkətlərinin rəhbərlərinə qarşı tətbiq ediləcək. 
Həmçinin sanksiyalar sistemli şəkildə Rusiyaya qarşı çıxış edən Aİ ölkələrinin ayrı-ayrı vətəndaşlarına və Avropa Parlamentinin ayrı-ayrı deputatlarına qarşı da tətbiq ediləcək.  

Qeyd edək ki, ötən ilin sonlarına doğru Aİ Rusiyaya qarşı 9-cu sanksiya paketi tətbiq edib. Rəsmi Kreml isə Rusiyanın buna mütləq cavab verəcəyini açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO