Tesla avtomobili cərəyan yığma stansiyasında yandı ”“  FOTO/VİDEO

Tesla avtomobili cərəyan yığma stansiyasında yandı ”“ FOTO/VİDEO

Hazırda oxunan: Tesla avtomobili cərəyan yığma stansiyasında yandı ”“ FOTO/VİDEO

115230
Polis hadisəni araşdırır.

2014-cü il buraxılışı Tesla Model S elektromobil Norveç sürətli elektrik cərəyanı yığma stansiyasında yanıb. xa0

Oxu.Az xəbər verir ki, bu barədə NRK resursu məlumat yayıb.

Elektrokar onu elektrik cərəyanı yığması üçün saxlayaraq sahibinin ondan uzaqlaşmasından sonra alışıb.

Hal-hazırda polis hadisəni araşdırır, amma baş verənləri izah edəcək məlumat yoxdur.

Tesla şirkəti artıq bəyan edib ki, yanğının səbəbini müəyyən etmək üçün istintaq aparacaq.

Tesla elektrokarlarının qəza və alışmalarının çox nadir hallarda olmasına baxmayaraq, bu qəbildən olan hadisələr şirkət üçün məlum təhlükələr törədə bilər.

Belə ki, alıcılar elektromobillərə böyük ehtiyatla yanaşırlar. Amma bu günə qədər Teslanın alışması ilə əlaqədar dörd alışma hadisəsi qeydə alınıb.

Sözügedən hadisə elektromobilin qoşqu ilə toqquşması zamanı batareyanın deşilməsi ucbatından qarajda yanğın baş verib.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO