Rusiya prezidenti Vladimir Putinin yaxın adamı kimi tanınan ukraynalı siyasətçi Viktor Medvedçuk Rusiya-Ukrayna böhranının səbəbləri və onun gələcəyi haqqında məqalə yazıb.
Bizim.Media xəbər verir ki, Medvedçuk “İzvestiya”da dərc edilən materiala Rusiya-Ukrayna müharibənin nəticələrinin təhlili ilə başlayıb.
Sonra o, bu ölkələrin münasibətini “faciə” adlandırıb və münaqişənin inkişafı ilə bağlı proqnozunu verib.
Medvedçukun sözlərinə görə, Qərb özünü soyuq müharibənin qalibi hesab edir:
“Bu isə o deməkdir ki, keçmiş SSRİ və sosialist düşərgəsinin ərazilərinə nəzarət etməlidir. Rusiya buna necə qarşılıq verməlidir? Axı o, vicdanla Soyuq Müharibəyə son qoydu, amma ABŞ, NATO dediklərini etmədi”.
Medvedçuk həmçinin hesab edir ki, Ukraynanın cənub-şərqinin rusdilli əhalisi 1990-cı illərdə ölkəni iqtisadi çöküşdən xilas edib, Ukraynanın siyasi müstəqilliyini qoruyub.
O, Rusiya ilə Ukrayna arasındakı münasibətləri İngiltərə və Şotlandiyanın münasibətlərindən daha yaxın adlandırıb. Onun fikrincə, 1991-ci ildən Ukraynada iki ölkə var: “anti-Rusiya və ikinci Rusiya hesab edilən Ukrayna”.
Keçmiş deputat bildirib ki, Rusiya-Ukrayna münaqişəsi ya dünya müharibəsinə və nüvə münaqişəsinə doğru irəliləyəcək, ya da “soyuq müharibə”nin sonunda olduğu kimi “sabit məcraya” keçəcək.
Medvedçuk bildirir ki, ölkədə sülh istəyən vətəndaşlar var, lakin onlar Qərbin göstərişi ilə böhtana məruz qalıblar, qorxudulublar və repressiyaya məruz qalıblar.
Xatırladaq ki, 2021-ci il aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyatı nəticəsində saxlanılan V.Medvedçuk ötən ilin sentyabrında Rusiya tərəfinə təhvil verilib.
O, dövlətə xəyanət və işğal altındakı Krımın milli sərvətlərinin talanmasına cəhddə, oktyabr ayından isə kömür alqı-satqısı sxemləri ilə terror təşkilatının fəaliyyətinə yardım etməkdə şübhəli bilinib. Daha sonra V.Medvedçukun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Ukraynada Viktor Medvedçuku vətənə xəyanətə görə 15 ilə qədər həbs cəzası gözləyirdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:21 / 16.01.2023
“Rusiya-Ukrayna münaqişəsi dünya müharibəsinə doğru irəliləyəcək” - Viktor Medvedçuk
Hazırda oxunan: “Rusiya-Ukrayna münaqişəsi dünya müharibəsinə doğru irəliləyəcək” - Viktor Medvedçuk
Hazırda oxunan: “Rusiya-Ukrayna münaqişəsi dünya müharibəsinə doğru irəliləyəcək” - Viktor Medvedçuk
114953
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.