Britaniya Ukraynaya zirehli texnika göndərən ilk Qərb ölkəsi kimi TARİXƏ DÜŞƏCƏK 

Britaniya Ukraynaya zirehli texnika göndərən ilk Qərb ölkəsi kimi TARİXƏ DÜŞƏCƏK 

Hazırda oxunan: Britaniya Ukraynaya zirehli texnika göndərən ilk Qərb ölkəsi kimi TARİXƏ DÜŞƏCƏK 

114668

Böyük Britaniya Ukraynaya “Challenger 2” tankları tədarük edəcəyini rəsmi şəkildə elan edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, tankların Ukraynaya təhvil verilməsi ilə bağlı rəsmi elan bazar ertəsi – yanvarın 16-na planlaşdırılıb.

Nəşrin ukraynalı mənbələrə istinadən yazdığına görə, Qərb müdafiə nazirlərinin gələn cümə günü keçiriləcək görüşü ərəfəsində Berlinə təzyiqlər gücləndiyi üçün Böyük Britaniya tankların təhvil verilməsi ilə bağlı artıq müsbət qərar qəbul edib.
Qeyd edilib ki, Britaniyanın 227 nəfərlik donanmasından götürülmüş bir neçə “Challenger 2” tankı tək başına döyüş meydanında çox fərq etməyəcək, lakin bu, bir Qərb ölkəsinin Ukraynaya ağır zirehlər göndərməyə razılaşdığı ilk hadisə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO