Rusiya və İran koronavirusa qarşı “Sputnik V” peyvəndinin birgə istehsalı barədə müqavilə imzalayıblar.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Tehranla Moskva arasında vaksinləşmə – Politoloqların şərhi
“Peyvəndin birgə istehsalı barədə danışıqlar başa çatıb. Yaxın vaxtlarda İranda birgə peyvəndin istehsalının şahidi olacağıq”, - deyə səfir bildirib.
Bizim.Media